Böyük Britaniyada yaşayan Azərbaycan əsilli musiqiçi Sami Yusif “Qarabağımsan” (Bülbüllər yurdu) adlı musiqili kompozisiya hazırlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dünyaca məşhur bəstəkar və müğənni bununla bağlı öz Twiter hesabında yazıb.

“Qarşıdan gələn bəstəmi elan etməkdən çox məmnunam”, – deyə o qeyd edib.

Bu, simfonik muğama eyhamlarla, Qarabağın əbədi gözəlliyinə olan sevgi və həsrət əsəri olacaq. Sami Yusuf kompozisiyanı Azərbaycanın görkəmli musiqiçiləri ilə birlikdə oxuyacağını bildirib. Əsərdə Azərbaycan milli musiqi alətlərindən olan tar və balabanın səslərini də eşidəcəyik.

Sami Yusuf qeyd edib ki, “Qarabağımsan” musiqi kompozisiyası tezliklə tamamlanacaq və bəstə 2022-ci ilin əvvəlində təqdim olunacaq.

Qarabağımsan (Land of the Nightingales) | Teaser
Öncəki xəbərFransada Makrona etiraz edənlər psixiatriya xəstəxanasına yatırılır
Sonrakı xəbərCanni De Byazi: Bəxtim gətirib ki, Azərbaycan dilini bilmirəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın