Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Feridun Sinirlioğlu Türkiyəni “Suriyada insan haqları qanunlarına əməl etməyə” çağıran Çinin BMT-dəki daimi nümayəndəsinin müavininə sərt reksiya verib.

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasının Suriya sessiyasında Türkiyəni Fəratda suyun səviyyəsinin azalmasına və “Allouk” su obyektində kəsintilərə görə məsul sayıb və Suriyanın şimal-şərqini işğal etməkdə günahlandıraraq Türkiyəni beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.

Sinirlioğlu isə öz növbəsində bildirib ki, “Beynəlxalq insan haqlarını və humanitar hüquq qanunlarını pozanlardan dərs alması deyilik”.

“Allouk” su obyektindəki problemlərin səbəbinin BMT baş katibinin hesabatında yer aldığını yada salan Sinirlioğlu vurğulayıb ki, terror təşkilatı PKK/YPG bu məsələdən öz gündəmləri üçün istifadə edirlər.

PKK/YPG-nin sahədə sabitliyi pozan, mülki şəxslərə və Türkiyəyə hücum edən əsas faktor olduğunu bildirən Sinirlioğlu iki həftə qabaq Afrində törədilən bombalı hücum nəticəsində 6 mülki vətəndaşın həyatını itirdiyini bildirib.

O vurğulayıb ki, PKK/YPG terror təşkilatı suriyalı yezidilərin və suriyalı kürdlərin də evlərinə qayıtmasının qarşısını alıb.

MƏNBƏTRT Haber
Öncəki xəbərErməni deputatın sualı Paşinyanı özündən çıxardı: Satdın da sizsiz, kapitulyant da!
Sonrakı xəbərİrakli Qaribaşvili: Mixail Saakaşvilinin özünü öldürmək haqqı var
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın