Avropa Birliyi Suriyada keçirilmiş prezident seçkilərini şəffaf və ədalətli saymır. Buna görə də onların nəticələrini tanımır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu AB-nin xarici siyasət üzrə nümayəndəsi Jozef Borrel Portuqaliyada keçirilən Birlik ölkələri XİN başçılarının qeyri-formal görüşü zamanı bəyan edib.

“Bu seçkilər azad və ədalətli deyildi. O, münaqişənin həllinə, dünya ictimaiyyətinin Suriya rejimi ilə münasibətlərinin normallaşmasına yardım etməyəcək. Buna görə də, seçki prosesini tanıya bilmərik. Suriya rejimini həqiqi siyasi prosesi başlamağa çağırırıq. İndi bu baş vermir. Biz bu seçkiləri tanımırıq”, -deyə o, bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın