Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Ermənistan” fraksiyasından olan millət vəkili Aram Vardevanyanın Azərbaycanın hücumundan öncəki iki gün ərzində hökumətin hansı addımlar atması, nəyə görə həyəcan siqnalının verilməməsi, hazırlanan hücum barədə məhz kimin Baş nazirə məlumat verməsi ilə bağlı sualları Paşinyanı özündən çıxarıb.

Paşinyan hiddətlənib: “Siz nəyi nəzərdə tutursunuz, nəyi aydınlaşdırmaq istəyirsiz? 100 dəfə soruşmusuz, 100 dəfə də cavab vermişik. Siz elə danışırsınız ki, sanki bildiyiniz fövqəladə məqam var.

Deməyə sözünüz varsa, məlumatınız varsa, açıqca deyin. Gedib söhbət yayırsınız ki, 5 milyard verdilər, nə bilim, satdılar, aldılar. Mən də deyirəm ki, satan da sizsiniz, kapitulyant da sizsiniz! Lazım gəlsə, sübut da edərik.

O zaman sizin şefinizin hesabında neçə milyon pul var idi, bunu niyə demirsiniz? O, bu pulları vicdanla qazanmışdı, yoxsa ordudan oğurlamışdi? Oğlanlarının hesabında pullar dollarlarla idi, yoxsa avro ilə? Ayın 25-də nə qədər dramı dollarlara dəyişdirdilər, bu onların öz gəlirləri idi?”

Qəzəbli Paşinyandan parlamentdə emosional çıxış

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın