Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində daha iki Ermənistan hərbi qulluqçusu öldürülüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Oxu.Az-ın News.am saytına istinadən məlumatına görə, hadisə Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda baş verib.

Odlu silahdan istifadə qaydalarına əməl etmədiklərinə görə 1998-ci il doğumlu Aram Xaçatryan və 1997-ci il doğumlu Qraç Avetisyan aldıqları güllə yaralarından ölüblər.

Erməni KİV iddia edir ki, hərbi qulluqçular arasında yaşanan mübahisə zamanı onlar bir-birlərini güllələyiblər.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Öncəki xəbərTRT World Qarabağ Futbol Klubu Haqqında Veriliş Yayımladı
Sonrakı xəbərAzərbaycanla EBRD TANAP-a Kredit Ayrılmasıyla Bağlı Anlaşmaya Qol Çəkib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın