Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində daha iki Ermənistan hərbi qulluqçusu öldürülüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Oxu.Az-ın News.am saytına istinadən məlumatına görə, hadisə Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda baş verib.

Odlu silahdan istifadə qaydalarına əməl etmədiklərinə görə 1998-ci il doğumlu Aram Xaçatryan və 1997-ci il doğumlu Qraç Avetisyan aldıqları güllə yaralarından ölüblər.

Erməni KİV iddia edir ki, hərbi qulluqçular arasında yaşanan mübahisə zamanı onlar bir-birlərini güllələyiblər.

Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın