“Rusiya Ukraynaya qarşı aqressiv addımlar atacağı təqdirdə ABŞ ona cavab verməyə hazırdır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) mətbuata müsahibəsində deyib.

“Vəziyyəti həll etmək üçün diplomatik yol tapmaq şansı olarsa, bunu etməkdə qərarlıyıq. Ancaq Rusiya təcavüz edərsə, cavab verməli olacağıq”, – Blinken bildirib.

ABŞ dövlət katibi Rusiya ilə Ukrayna arasında müharibənin fəlakət olacağına da diqqət çəkib. Diplomat, eyni zamanda, belə bir ssenarinin heç kimin maraqlarına cavab vermədiyini vurğulayıb.

“Əgər 3 milyona yaxın insanın yaşadığı Kiyevə hücum olarsa, bu, fəlakət olacaq. Ukraynalılar Rusiya hərbçilərini qucaq açaraq qarşılamayacaqlar. Təbii ki, bunun çox ciddi nəticələri olacaq”, – Blinken əlavə edib.

Öncəki xəbərVolodomir Zelenski Vladimir Putinlə görüşmək istədiyini bildirdi
Sonrakı xəbərAzərbaycan Ordusunda helikopterlərlə uçuş məşqləri keçirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın