Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter ekipajları ilə uçuş məşqləri keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları yerinə yetirən ekipajlar ərazinin dəyərləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər. Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla yerinə yetirilib.

Helikopterlərlə uçuş məşqləri keçirilib

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın