Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda polis tərəfindən qaradərili fransızın döyülməsini pisləyib və hökumətdən əhali arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına güvənin artırılması üzrə təkliflər irəli sürməyi tələb edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Fransa Respublikasının prezidenti bununla bağlı fikirlərini özünün Facebookdakı səhifəsində yazıb.

“Mişel Seklerə hücum kadrları, hansılar ki, hamımız gördük – qəbuledilməzdir. Onlar bizi biabır edirlər, – o Facebook hesabında yazıb.

“Hökumətdən fransızlar və onları müdafiə edənlər arasında etimad zəncirinin mövcud olmasını təsdiqləmək və hər cür ayrı-seçkiliklə daha təsirli mübarizə aparmaq üçün dərhal təkliflər verməsini xahiş edirəm”, – o deyib.

Fransa lideri bildirib ki, hakimiyyət nifrət və irqçiliyin çiçəklənməsinə imkan verməməlidir. O, bir sıra asayiş keşikçilərinin zorakılığının qəbuledilməz olduğunu deyib.

Qaradərili prodüser Seklerlə bağlı hadisə 21 noyabrda olub. O, koronavirus pandemiyası ilə əlaqədar Fransada qüvvədə olan sanitar normaları pozaraq küçədə maskasız gəzib. Polis maşınını görən kişi cərimədən qaçmaq üçün öz studiyasında gizlənməyə çalışıb. Ancaq polis əməkdaşları onu izləyiblər. Onlar binaya girərək Sekleri döyməyə və təhqir etməyə başlayıblar.

Öncəki xəbərErmənilər Rusiya sülhməramlılarını aldatdı: Şuşanın su borusu partladıldı
Sonrakı xəbərMetyu Brayza: Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın