Baş verənlərdən sonra deyə bilərik ki, Fransa Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsində vasitəçi ola bilməz, ATƏT-in Minsk Qrupu indiki formatda qalması mümkün deyil.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Media.az-a açıqlamasında  ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O, Fransa Senatının sadəcə anlamsız olan qətnaməsindən heç danışmaq belə istəmədiyini  deyərək, Parisin ümumiyyətlə bir tərəfə – Ermənistana tam dəstək göstərdiyini vurğulayıb.

“Fransa sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçisi ola bilməz”, – deyə politoloq əlavə edib.

ABŞ-a gəlincə isə M.Brayza bildirib ki, ölkə prezidentinin bu payıza qədər Qarabağ münaqişəsi ilə bağlı məlumatlı olmasına inanmır:

“ABŞ iyul döyüşlərindən sonra nizamlanmada heç bir rol oynamadı. Siyasi boşluq yarandı. Bu, özəlliklə İkinci Qarabağ müharibəsinin sonunda, siyasi bir anlaşma masada olduğu zaman nəzərə çarpdı. Sülhməramlılara gərək var idi, bu göz qabağındadır. ABŞ və Fransa həmişə Rusiya sülhməramlılarına qarşı olublar (Gürcüstan və Moldova təcrübəsi yadımızdadır). Ancaq Qarabağ münaqişəsindən danışırıqsa, yalnız Rusiya onları təqdim etməyə hazır idi”, – deyə keçmiş səfir bildirib.

Bununla yanaşı o, Türkiyə amilini də yada salıb.

“NATO-nun ikinci böyük ordusunun kontingenti indi Rusiya ilə imzalanan anlaşmaya uyğun olaraq Azərbaycanda görünəcək. Moskva və İrəvan hər zaman buna qarşı olub, ancaq indi Türkiyə qoşunları Azərbaycanda olacaq və onlar sabitləşdirici qüvvədir. Yeni bir geosiyasi vektor yaradılır. Və bu çox maraqlıdır”, – deyə Metyu Brayza vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın