Rusiya Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa daha çox Jah Khalib kimi məşhur olan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun konsertlərinin qadağan edilməsi tələbi ilə müraciət edib.

YALAN.info bildirir ki, Millət vəkili reperi “Ukrayna silahlı qüvvələrinə dəstəyini açıq şəkildə bildirməkdə” günahlandırıb və onun Moskva və Sankt-Peterburqda konsertlər planlaşdırdığını deyib.

Deputatın sözlərinə görə, reper “Instagram”da Kiyevə gələrək sığınacaqdan sığınacağa keçdiyini və ukraynalıları sevdiyini, onlara heyran olduğunu yazıb. Lantratova musiqiçinin paylaşımlarının yoxlanılmasını və lazım gələrsə, prokurorluq tərəfindən cavab tədbirlərinin görülməsini, xüsusən də Məmmədovun konsertlərinin qadağan edilməsini tələb edib.

Qeyd edək ki, Jah Khalib Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan əsilli reper, müğənni və prodüserdir.

Öncəki xəbərSəbinə Əliyeva: Ermənistan Ombudsmanı əsir düşən əsgərlərimizlə bağlı həqiqəti gizləyir
Sonrakı xəbərMaksim Şevçenko: Paşinyan Qərb agenti deyil, onu Putin idarə edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın