Bu il Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək Eurovision Song Contest mahnı yarışmasında Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, dekabrın 5-də 2017-ci ilin Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib. İclasın sonunda alınmış qərarla Dihaj qrupunun əsas solisti olan Dinara Hacıyeva Azərbaycanı Eurovision 2017-də (ESC2017) təmsil edəcək.


Dihaj – Gecələr Keçir


Dihaj ft. İsfar Sarabski – I Break Again


Dihaj – Complain

Dinara Hacıyeva - DiHaj (Dinara Hajiyeva)
Dihaj Qrupunun solisti Dinara Hacıyeva
Dinara Hacıyeva - DiHaj (Dinara Hajiyeva)
Dihaj Qrupu

Yada salaq ki, İsveçin Stokholm şəhərində keçirilən Eurovision 2016-nın qalibi ukraynalı Jamala olduğuna görə yarışma növbəti ilin may ayında Ukraynada keçiriləcək. “Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 17-ci yeri tutmuşdu.

Bu il Ukraynanın paytaxı Kiyevdə keçiriləcək ESC2017 mahnı yarışmasına 43 ölkə qatılacaq.

3 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın