Ermənistan Parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

YALAN.info bildirir ki, qərar Ermənistan Parlamentində müzakirə edilərək qəbul edilib.

Onu bildirək ki, Roma Statutunun qəbul edilməsi ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının yerinə yetirilməsi İrəvan üçün məcburi olub.

Yada salaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar çıxarıb. Artıq Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.

Ermənistanın Roma Statutunu ratifikasiya etməsinə Kremlin reaksiyası

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ermənistanın Roma Statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından düzgün olmayan addım hesab edir”.

“Ermənistanın Roma Statutuna qoşulması Rusiya Federasiyası üçün diplomatik həll yolunun axtarışına ehtiyac yaradacaq”, – deyə Peskov əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın