“Facebook” sosial şəbəkəsinin sahibi olan ABŞ-ın “Meta” şirkəti bir sıra istifadəçi qruplarında mənfi emosiyalar yarada bilən detallı reklam hədəfləməsini aradan qaldıracaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

“Biz 2022-ci il yanvarın 19-dan başlayaraq insanların həssas yanaşa biləcəyi mövzularla bağlı təfərrüatlı hədəfləmə seçimlərini siləcəyik”, – deyə məlumatda bildirilir.

Beləliklə, irqi, etnik mənsubiyyəti, siyasi baxışları, dini, cinsi oriyentasiya və b. parametrlər silinəcək. Məsələn, “kimyaterapiya”, ya “Katolik kilsəsi” kimi sorğular üçün hədəf auditoriyanı axtarmaq mümkün olmayacaq.

Hədəfləmə (targeting) – müəyyən kriteriyalara uyğun gələn auiditoriyaya məzmun üzrə seçilmiş məlumatların çatdırılmasıdır. Burada məqsəd reklam elanlarının məhz həmin seçilmiş kütləyə göstərilməsidir.

Şirkət qəbul edilən qərarın biznes və təşkilatların bir sıra sahələrinə mənfi təsir göstərə biləcəyini etiraf edib.

“Reklam tərəfdaşlarımızdan bəziləri bu targeting seçimlərindən imtina etməklə bağlı narahatlıqlarını bildiriblər, başqaları isə onların aradan qaldırılması qərarını anlayışla qarşılayıblar”, – deyə şirkətdən bildirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın