İşğal edilmiş Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda Ermənistan Ordusunun daha iki əsgərinin öldürülməsi faktı gizlədilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Oxu.Az-a qaynaqlanaraq xəbər verir ki, işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi bölmələrində daha iki əsgər xidmət yoldaşları tərəfindən öldürülüb.

Belə ki, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə balalarının qarşı tərəfin açdığı atəşdən döyüş yerində öldürülməsiylə bağlı yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid kimi dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi zirehli gödəkçədə olublar.

Lakin baxış zamanı ölənlərin hər ikisinin zirehli gödəkçəsinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin qarşı tərəfin açdığı atəşdən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir.

Hər iki faktla bağlı bilərəkdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Artıq 2 nəfərin tutulduğu da bilinir. Hər iki olayla bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Daha öncə Dağlıq Qarabağda döyüş xidməti keçirən Ermənistan ordusunun 2 əsgərinin bir-birini öldürməsiylə bağlı xəbər vermişdik. Məlumata görə, odlu silahdan istifadə qaydalarına əməl etmədiklərinə görə Aram Xaçatryan və Qraç Avetisyan aldıqları güllə yaralarından ölüblər. Erməni KİV isə iddia edir ki, hərbi qulluqçular arasında yaşanan mübahisə zamanı onlar bir-birlərini güllələyiblər.

Onu da yada salaq ki, rəsmi açıqlamalara görə 2017-ci ilin yanvar-oktyabr aylarında Ermənistan silahlı qüvvələrində başqa-başqa səbəblərdən 54 nəfər ölən və 88 nəfər yaralanan var. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər.

Öncəki xəbərProfessor Şahnaz Şahbazova Lütfi Zadə ilə bağlı Bilinməyən Faktlardan Danışdı
Sonrakı xəbərAtletiko Madridin Prezidenti: Qarabağla Oyunlarda 14 Min Şansımız Oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın