Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçirilib və federasiya rəhbərliyində dəyişiklik baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Report”un məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Növbədənkənar seçkidə federasiya rəhbərliyi dəyişib. Rövnəq Abdullayevi Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib.

Məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavini Rövşən Rüstəmov qurumun yeni vitse-prezidenti təyin olunub. O, Sadıq Sadıqovu əvəzləyib.

Digər vitse-prezident olan cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli isə federasiyadakı işini davam etdirəcək.

İcraiyyə Komitəsi üzvlüyünə Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov seçiliblər.

“Artıq futbolla məşğul olacağam” – Bunu artıq Azərbaycan Cüdo Federasiyasının keçmiş prezidenti Rövnəq Abdullayev deyib.

AFFA-nın indiki prezidenti bildirib ki, futbolda ciddi işlərin görülməsinə ehtiyac var.

Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə Rövnəq Abdullayevə cüdodakı uğurlarını futbolda da təkrarlamağı arzulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın