ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Donald Trampın onun andiçmə mərasimində iştirak etmək istəməməsindən məmnun olduğunu bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, TASS agentlyinin məlumatına görə, C.Bayden bununla bağlı Delaver Ştatında çıxış edərkən deyib.

Siyasətçi əlavə edib ki, xüsusi xidmət orqanlarının fəaliyyətinə tam güvənir və andiçmə mərasiminin təhlükəsiz şəraitdə baş tutacağına əmindir.

Xatırladaq ki, 78 yaşlı demokrat Cozef Bayden 2020-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra 20 yanvar 2021-ci ildən ABŞ prezidentli kimi çalışmağa başlayacaq.

Donald Tramp Сo Baydenin 20 Yanvar tarixində keçiriləcək andiçmə mərasimində qoşulmayacaq. Bunu ABŞ-ın indiki prezidenti Donald Tramp dünən öz “Twitter” səhifəsində yazmışdı: “Məndən bununla bağlı soruşanlara cavab verirəm: 20 Yanvarda keçiriləcək andiçmə mərasimində iştirak etmək niyyətində deyiləm”.

Bu gün isə “Twitter” “şiddətə təhrik riski” səbəbindən prezident Donald Trampın şəxsi hesabının birdəfəlik dondurulduğunu elan edib.

Öncəki xəbərD.Tramp Twitter hesabının birdəfəlik dondurulmasına münasibət bildirdi
Sonrakı xəbərTanınmış biznesmen və ixtiraçı İlon Mask dünyanın ən varlı adamı oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın