Ən azı 30 Çin Xalq Azadlıq Ordusunun döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına girib.

YALAN.info bildirir ki, bununla bağlı “TASS” agentliyi xəbər verir.

Adanın müdafiə departamentinin məlumatına görə bu, Çin Xalq Respublikası (ÇXR) qüvvələrinin bu ilin yanvarından indiyədək ən kütləvi uçuşudur. Söhbət iki KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsindən, altı J-16 qırıcı, səkkiz J-11, dörd J-10, həmçinin iki cüt Su-35 və Su-30 təyyarələrindən gedir. Bundan başqa, əməliyyatda iki Y-8 elektron kəşfiyyat təyyarəsi, bir sualtı qayıq əleyhinə təyyarə və eyni platforma əsasında elektron döyüş təyyarəsi iştirak edib.

Təyyarələr cənub-qərbdən hava hücumundan müdafiə zonasına girib, bir neçə kilometr məsafə uçduqdan sonra ərazidən çıxıblar. Adanın silahlı qüvvələri Çin təyyarələrinin qarşısını almaq və onlara xəbərdarlıq etmək üçün müvafiq qırıcı təyyarələri havaya qaldırıb. Nazirlik bildirib ki, Tayvanın hava hücumundan müdafiə qüvvələri də hədəfləri izləyib.

Tayvan 1949-cu ildən, Çan Kay Şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin vətəndaş müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan indiyədək ada kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olan keçmiş Çin Respublikasının bayrağını və bir sıra başqa atributlarını qoruyub saxlayır. Rəsmi Pekin Tayvanı ÇXR-in əyalətlərindən biri sayır.

MƏNBƏTASS
Öncəki xəbərPakistan Senatı Xocalı Soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul etdi
Sonrakı xəbərKaya Kallas: AB mayın 30-da Rusiya neftinə qadağa qoya bilməyəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın