Pakistan Senatı Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ardıcıl və sarsılmaz dəstəyi bir daha təsdiq edib və otuz ilə yaxın davam edən işğaldan sonra ərazilərinin azad edilməsi ilə nəticələnən 2020-ci ildəki tarixi qələbəsini böyük sevinclə qeyd edir.

YALAN.info bildirir ki, bununla bağlı “Islamabad Post” qəzeti məlumat verib.

Senat Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. Pakistan Senatı həmçinin Azərbaycanla diplomatik əlaqələrin 30-cu ildönümündə Xocalı Soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib.

“Senat öz uzunmüddətli və dəyişməz mövqeyini təsdiq etməklə yanaşı, Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı Soyqırımını pisləyən 2012-ci il 1 fevral tarixli qətnaməni bir daha təsdiq edir. Senat Azərbaycan və Pakistanın iqtisadi əlaqələrin, ticarətin, sərmayələrin, insanlarla insanlar arasında təmasların yaxşılaşdırılmasında, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün aspektlərində atılan önəmli birgə addımları, tarixi dostluq əlaqələrindən qaynaqlanan bir-birinin rifahını və təhlükəsizliyini hərtərəfli dəstəklədiyini bir daha bəyan edir”, – sənəddə vurğulanır.

Yada salaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də bilinmir. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın