Müğənni Mark Entoni (Marc Anthony) 17-ci Latın Qremmi Mükafatının (Latin Grammy Awards) verilməsində Cenifer Lopezlə (Jennifer Lopez) öpüşməsindən sonra venesuellalı model Şennon de Lima ilə (Shannon de Lima) 2 illik evliliyini bitirib.

Tanınmış cütlük artıq evlərini də ayırıb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi xəbərə görə, Mark və Şennonun ayrılmasına səbəb kimi Mark və keçmiş xanımı Cennifer Lopezin son zamanlar yaxınlaşması göstərilir.


Jennifer Lopez və Marc Anthony 17-ci Latin Grammy Awards səhnəsində

People dərgisinin bildirdiyinə görə, buna səbəb Mark Entoninin həddindən çox sıx gündəlik işləri də ola bilər. Belə ki, müğənni son zamanlar öz karyerasına çox vaxt ayırır, musiqi yazılışları və turne səfərlərinə daha çox diqqət ayırır. Onun model həyat yoldaşı Şennon de Lima sanki başqa planetdə yalnız yaşadığını deyir.

Xatırladaq ki, EntoniLima 2012-ci ilin başlanğıcında görüşməyə başlayıblar. Bundan 5 ay sonra Mark o vaxtkı həyat yoldaşı Ceniffer Lopezdən boşanıb. 2014-cü ildə cütlük münasibətlərini rəsmiləşdirərək Dominikanda toy etmişdilər.

Öncəki xəbərKuba inqilabının lideri Fidel Kastro 90 yaşında öldü
Sonrakı xəbərVladimir Putin Stiven Siqala Rusiya Federasiyasının pasportunu verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın