Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Cimmi Karter (Jimmy Carter) bəyan edib ki, Amerika xalqı genişlənən uçurumun qırağında dayanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABŞ-ın 39-cu prezidenti “The New York Times”da yayımlanan məqaləsində təcili tədbirlər görülməsə, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olduğunu yazıb.

Məqalənin yazılmasına səbəb Donald Trampın tərəfdarları tərəfindən Vaşinqtonda Kapitolinin ələ keçirilməsinin ildönümü olub. Karter yazır ki, vicdansız siyasətçilərin başçılıq etdiyi qəzəbli kütlə Kapitoliyə basqın edib və demək olar ki, hakimiyyətin demokratik yolla ötürülməsinin qarşısını almağa çalışıb.

Karter düşünür ki, Amerika dəyərləri hələ də təhlükə altındadır. “Bizim böyük xalqımız indi genişlənən uçurumun qırağında dayanıb. Təcili tədbirlər görməsək biz vətəndaş qarşıdurması və dəyərli demokratiyamızı itirmək riski ilə üzləşəcəyik”, – deyə Karter xəbərdarlıq edib.

MƏNBƏThe New York Times
Öncəki xəbərK.J.Tokayev: 20 min terrorçu Almatıda ən azı altı hücum dalğası törədib
Sonrakı xəbərAzəriqaz: Bir aydan çox evdə olmayacaq abunəçi yazılı məlumat verməlidir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın