Birləşmiş Millətlər Təşkilatının Kiprdəki sülhməramlı missiyasının mandatı gələn ilin yanvarına qədər davam edəcək.

YALAN.info bildirir ki, BMT Təhlükəsizlik Şurası üzvləri mandatın iyulun 31-dən gələn il yanvarın 3-dək uzadılmasına qərar verib.

Şuranın indiki sədri, Braziliyanın BMT-dəki səfiri Ronaldo Kosta Filyo Böyük Britaniya tərəfindən hazırlanan qətnamə layihəsinin bütün üzvlərin təsdiqindən sonra yekdilliklə qəbul edildiyini bildirib.

Yada salaq ki, BMT-nin Kiprdəki sülhməramlı qüvvələri 1964-cü ildə Təhlükəsizlik Şurasının qərarı ilə 796 hərbçi və 65 polis əməkdaşından ibarət qüvvə ilə yaradılıb.

KİMVüsalə Abbasova
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbər“Qarabağ” FK UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldi
Sonrakı xəbər“Neftçi” Konfrans Liqasında növbəti mərhələyə keçdi, “Zirə” və “Qəbələ” mübarizəni dayandırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın