Braziliya millisinin sabiq futbolçusu Ronaldo indi karyerasını davam etdirən dünyanın ən yaxşı hücumçusunun adını açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, veteran hücumçu “Football Italia” nəşrinə açıqlamasında İspaniya “Real Madrid”ində çıxış edən Kərim Benzemanı şübhəsiz dünyanın ən yaxçı hücumçusu olduğunu deyib.

O, ikinci yerə isə Almaniya “Bavariya”sından Robert Levandovskini layiq görüb: “Erlinq Holann gələcəkdə ən yaxşı olacaq. Ancaq indi Benzema və Levandovski ondan güclüdürlər. Kilian Mbappe də yaxşı hücumçudur”.

Ronaldo nəyin bahasına olursa olsun Vieri ilə oynamaq istədiyini deyib: “Zədələrə görə birlikdə çox oyun oynamadıq, çox heyif. Vieri sırf mənimlə oynamaq üçün “İnter”ə keçmişdi. O, istənilən başqa top kluba keçə bilərdi”.

“Romario və Bebetodan çox şey öyrəndim”, deyən keçmiş futbolçu Braziliya yığmasında yoldaş olduğu Romarionu söyüb: “Onlar mənim üçün ilham mənbəyi idi. Baxmayaraq ki, Romario gənc oyunçuları butslarını təmizləməyə, ya da ona qəhvə gətirməyə məcbur edəcək qədər alçaq idi”.

Messi və ya Kristiano Ronaldo kimi günümüzün ulduzlarından da danışan samboçu dedi: “Messi qeyri-adi, güclü və texnikalı oyunçudur. O, hər oyunda qol vurmaq istəyir. Neymar başqa bir top oyunçudur. Ümid edirəm ki, o, Braziliya ilə nəsə qazana bilər, ancaq özəl həyatına görə evdə tənqid olunur.

“Bununla belə, bu nəsil futbolçular meydandan kənarda bizdən daha yaxşıdır”, – Ronaldo deyir. “Onlar yaxşı yeyirlər və çox yatırlar. Bizim üçün isə hər şey əksinə idi. Hələ qadınların sayından danışmayaq. Sadəcə eyni zehniyyətə sahib olmağı düşünün…”

Bildirək ki, peşəkar karyerasını 2011-ci ildə başa vurmuş Ronaldo bunadək ölkəsinin “Kruzeyro”, “Korintians”, Fransanın PSV, İspaniyanın “Barselona”, “Real Madrid”, həmçinin İtaliyanın “İnter” və “Milan” klublarının formasını geyinib. Tanınmış futbolçu eyni zamanda Braziliya millisi ilə ikiqat dünya çempionu olub. Keçmiş hücumçu İspaniyada Valyadolid və Braziliyada Cruzeiro klublarının sahibi olmaqla hələ də futbolla məşğuldur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın