“Amerika Birləşmiş Ştatları hesab edir ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.

“KTMT-yə gəlincə. Bizim Qazaxıstanın təcili yardım üçün müraciətinin mahiyyəti, nə üçün irəli sürülməsi ilə bağlı suallarımız var. Bununla bağlı daha geniş məlumat almağa çalışırıq. Sözsüz ki Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı durumu düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, onların (Qazaxıstan liderlərinin – red.) hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil.”-, deyə Amerika diplomatiyasının rəhbəri bildirib.

E.Blinken əlavə edib ki, Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətini etirazçıların hüquqlarına hörmət etməyə çağırır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın