Böyük Britaniyanın Baş naziri Borus Conson Rusiyanın 2028 və 2032-ci il futbol üzrə Avropa Çempionatlarına ev sahibliyi üçün namizədliyini irəli sürməsinə münasibət bildirib.

YALAN.info bildirir ki, hökumət başçısı Belçikanın paytaxtı Brüsseldəki NATO sammitində çıxışı zamanı belə bir addımın gülünc olduğunu deyib.

Onun fikrincə, Rusiyanın istənilən futbol, ya da mədəniyyət tədbirini keçirmək arzusu satiradan da betərdir: “Kiminsə onların təklifinə ciddi yanaşacağına inana bilmirəm. Ən yaxşısı o olardı ki, Rusiya qoşunları dərhal Ukraynadan çıxardı və bu hüquq (URO 2028-ə ev sahibliyi – Red.) Ukraynaya verilərdi”.

EURO 2028-ə Böyük Britaniya və İrlandiya da birgə namizədliyini verib. UEFA Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyanın bütün klublarını və milli komandasını bütün yarışlardan uzaqlaşdırıb. Eyni zamanda, Avropa yığmalarının oyunlarının bu ölkədə yayımı ilə bağlı müqavilənin ləğvi nəzərdən keçirilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın