Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bir neçə üzvü Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Reuters” agentliyinə istinadən xəbər verilir.

Bildirilir ki, ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib.

Ermənistana təxminən 140 min ermənini yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan bildirib ki, 20-dək erməni özü Ermənistana gedib, ancaq onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyan məhv edilib.

Öncəki xəbərTürkiyə Prezidenti R.T.Ərdoğan zəlzələdə yaxınlarını itirənlərə başsağlığı verib
Sonrakı xəbərAzərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın