Bu ilin I rübündə sanksiyalar fonunda Rusiya rublunun Azərbaycan manatına qarşı orta rüblük rəsmi məzənnəsi 0,0200 manat (1 manat/49,9954 rubl) təşkil edib ki, bu da 2021-ci ilin IV rübü ilə müqayisədə 14,5 % azdır.

YALAN.info bildirir ki, “APA-Economics”in apardığı hesablamalara görə, rublun manata qarşı orta rüblük məzənnəsi 2015-ci ilin IV rübündən bəri ən aşağı səviyyəyə enib.

Həmin rübdə rublun məzənnəsi 0,0168 manat (1 manat/59,3968 rubl) təşkil etmişdi. Ümumiyyətlə isə rublun manata qarşı orta rüblük məzənnəsinin maksimumu (Azərbaycan manatının denominasiyasından bəri (01.01.2006)) 2007-ci ilin II rübündə qeydə alınmışdı – 0,0371 manat (1 manat/ 26,9515 rubl).

Günlük dinamikaya gəldikdə, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 18 %-dək artırdığından (18 mart) və Rusiyanın dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməli olduqları haqqında açıqlamasından (23 mart) sonra rubl ABŞ dollarına və avroya qarşı möhkəmlənməyə başlanıb.

Manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rubl manat qarşı da martda möhkəmlənib (+29,9 %). İndi 1 rubl 0,0204 manat (1 manat/49,0196 rubl) səviyyəsindədir.

Rublun manata qarşı orta rüblük məzənnəsi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın