Beynəlxalq Şahmat Federasiyası (FIDE) Ukraynaya zorakılığı dəstəkləyən rusiyalı şahmatçı Sergey Karyakini 6 aylıq bütün yarışlardan uzaqlaşdırıb.

YALAN.info bildirir ki, FIDE-nin rəsmi saytında yazılan məlumata görə, Sergey Karyakin 6 ay müddətində diskvalifikasiya olunub.

32 yaşlı qrossmeyster qurumun təşkil etdiyi hər hansı reytinqli şahmat turnirində oyunçu kimi iştirak edə bilməyəcək. Karyakin haqqında qəbul edilən qərar martın 21-dən qüvvəyə minib.

Bildirək ki, Karyakin bir müddət öncə özünün Instagram hesabında paylaşım edərək Rusiya Federasiyasının Ukraynada apardığı hərbi əməliyyatlara dəstək olub. Onun fikirlərinə görə, Rusiyalılar 8 ildir davam edən Kiyev rejiminin saysız-hesabsız gülləbaranlarından və soyqırımından əziyyət çəkib. Bundan sonra isə FİDE şahmatçıya qarşı intizam işi başladıb.

Onu da yada salaq ki, Sergey Karyakin 2009-cu ilədək beynəlxalq şahmat yarışlarında Ukraynanı təmsil edib.

MƏNBƏFIDE
Öncəki xəbərQarabağdakı qanunsuz erməni silahlılarının çıxarılması ilə bağlı danışıqlar baş tutdu
Sonrakı xəbərYaponiya Rusiya Federasiyasına nota göndərdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın