“Sabah əlimizə düşən imkanlardan yararlanmalıyıq”.

YALAN.info bildirir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis öncəki bütün qarşılaşmalarda tam güclərini qoyduğunu bildirib: “Güclü kollektivlə oynayacağıq. Çox inkişaf etmişik, ancaq daha çox çalışmalıyıq. Biz artıq öz oyunumuzu tapmışıq. Avstriya və Belçika ilə evdəki görüşlərdə də yaxşı çıxış etmişdik. Buna baxmayaraq imkanlardan yararlana bilmədik. İsveçlə ev qarşılaşmasında isə bunu bacardıq. Sabah eyni intensivliyi davam etdirməli və imkanlarımızdan yararlanmalıyıq. Birinci oyunda bunu bacarmadıq, ancaq evdə rəqibimizdən çəkinmədik”.

İtaliyalı baş məşqçi müqaviləsinin başa çatmasına da toxunub: “Bu, indi məni maraqlandırmır. Bu barədə danışmaq istəmirəm”.

De Byazi start heyəti sabah müəyyənləşdiricəyini sözlərinə əlavə edib. O, Qazaxıstanın Sloveniyanı məğlub etməsi durumunda AVRO-2024-də pley-off şanslarının yaranmasına da münasibət bildirib: “Biz əlimizdən gələni etməliyik. Çətin məsələdir, ancaq həyatda heç nəyi bilmək olmaz”.

Belçika – Azərbaycan matçı 19 noyabr saat 21:00-da “CBC Sport”da | ANONS

Yada salaq ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

AVRO-2024 Seçmə Mərhələsi: F qrupu

#KomandaOQHMVQBQTFXal
1Avstriya86111771019
2Belçika75201741317
3İsveç7214121207
4Azərbaycan7214712-57
5Estoniya7016220-181

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın