Noyabrın 5-də Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan, erməni jurnalistlərin sualını cavablandırarkən, lazım gələrsə Ermənistanın KTMT-yə müraciət edəcəyini bildirdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu cür açıqlamalar İrəvanda vaxtaşırı səsləndirilir.

Doğurdan da rəsmi məlumatlara görə, İrəvan məsləhətləşmələr aparsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyib.

KTMT-nin cavabı Nikol Paşinyanın birbaşa müraciət etdiyi Rusiyanın cavabı kimi birmənalı oldu – Ermənistan ərazisində silahlı toqquşmalar baş vermir, buna görə müdaxilə üçün heç bir səbəb yoxdur.

İstənilən halda, KTMT İrəvanın demək olar ki, yeganə ümid yeri olaraq qalır, çünki Ermənistanın hətta NATO-ya təsir etmək cəhdləri heç bir nəticə vermədi.

Ermənistan parlamentinin vitse-spikeri, hakim “Mənim addımım” blokunun üzvü Alen Simonyan bu yaxınlarda verdiyi açıqlamada Ermənistanın birmənalı şəkildə müsbət cavab alacağına tam əmin olduqdan sonra KTMT-yə müraciət edəcəyini bildirdi.

Yada salaq ki, indi KTMT-nin Baş katibi bu vəzifəyə təyinatından sonra Ermənistanın bir il yarımdır mövqeyini ağırlaşdıran Belarus təmsilçisi general Stanislav Zasdır.

Belaruslu politoloq, Belarusun “Yevraziya.Ekspert” dərgisinin redaktoru Petr Petrovski Media.Az-a verdiyi müsahibəsində İrəvanın indi blef etdiyini vurğuladı: “Həqiqətən də, hərbi əməliyyatlar Ermənistan ərazisində keçirilmir. KTMT-yə müraciətin məlumat xarakteri daşımaqdan başqa heç bir təsiri olmayacaq. Təşkilatın nizamnaməsi bu durumda İrəvana hərbi yardım göstərməyə imkan vermir”.

– Bir neçə gün öncə İrəvan kömək üçün birbaşa Moskvaya müraciət etdi, NATO-ya da müraciətlər oldu. Erməni tərəfi hər yerdə rədd cavabı alır və bu vaxt hərbi əməliyyatlar həlledici mərhələyə yaxınlaşır, Azərbaycan BMT qətnamələrini hərbi yolla yerinə yetirir və ərazi bütövlüyünü bərpa edir. Praktiki olaraq bu ümidsiz vəziyyətə baxmayaraq, Ermənistan öz qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması üçün cədvəl təqdim etməyə razı deyil…

– Nəyin erməni cəmiyyətini yönəltdiyini başa düşmək gərəkdir. Bu, hər şeydən öncə İrəvana Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanımağa imkan verməyən millətçilikdir. Yeri gəlmişkən, de-yure onlar bunu tanıyır, ancaq separatizmi dəstəkləyirlər.

Ancaq əyər, de-yure tanımayacaqlarsa, bu, ATƏT-in Helsinki anlaşmalarının pozulması olacaq və bundan sonra böyük ehtimalla Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq ediləcəkdir. Bunu İrəvanda çox yaxşı başa düşürlər.

Ümumiyyətlə, bu gün Ermənistanda ərazilərini effektiv şəkildə azad edən Azərbaycanla münasibətlərin necə qurulacağı ilə bağlı bir anlayış yoxdur. Bu, İrəvan üçün sürpriz oldu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın