ABŞ Prezidenti Co Bayden “The Washington Post”da dərc olunan məqaləsində qeyd edib ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr “böyük tərəqqi”yə səbəb ola bilər.

YALAN.info bildirir ki, ABŞ liderinin sözlərinə görə, ölkəsinin mövcud böhranların həllində seçimi ölkənin gələcək onilliklər üçün gələcəyini müəyyən edəcək.

“Ukraynada, İsraildə, Qəzza zolağında və bir çox başqa bölgələrdə olduğu kimi dünyada bu qədər zorakılıq və iztirablar olduğu halda, başqa nəyəsə yer olduğunu düşünmək çətindir. Bununla belə, tarix bizə öyrədir ki, dərin faciələrdən sonra önəmli tərəqqi əldə etmək olar. Daha çox ümid, daha çox azadlıq və daha az qəzəb, inciklik və müharibə. Bu gələcəyə doğru atdığımız hər addım daha təhlükəsiz dünyaya doğru bir addımdır və ABŞ-ni daha təhlükəsiz edir”, – Bayden yazıb.

Ağ Ev liderinin fikrincə, ABŞ bu məqsədlərə çatmaq üçün qətiyyətli olmalıdır. Bayden vurğulayıb ki, onun administrasiyası təkcə Yaxın Şərq və Avropada deyil, bütün dünyada belə bir strategiyanın həyata keçirilməsinə sadiqdir: “Gələcəyə doğru atdığımız bu hər bir addım dünyanı daha güvənli və Amerika Birləşmiş Ştatlarını daha təhlükəsiz edən tərəqqidir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın