“Gürcüstanın Avropa Birliyinə (AB) üzvlükdən başqa alternativi yoxdur”.

YALAN.info bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan AB-nin çox etibarlı və sadiq tərəfdaşıdır: “Avropa Birliyinə üzvlük yalnız Gürcüstan hökumətinin deyil, xalqının seçimidir. Biz Avropa ilə eyni dəyər və prinsipləri bölüşürük”.

Baş nazir AB ilə 2014-cü ildə assosiativ sazişin imzalandığını yada salıb: “Bu, əsas sənəddir və son məqsədimiz Birliyin tamhüquqlu üzvü olmağımız üçün yol xəritəsidir. Gürcüstanın Avropa Birliyi ilə azad ticarət və vizasız rejimlə bağlı əldə etdiyi sazişlər də önəmli nəticələrdir”.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bu yaxınlarda AB-yə üzvlüklə bağlı sorğu vərəqəsini təqdim edib: “Gürcüstanı AB-yə üzvlüyə yaxınlaşdıran hər bir addım bizim üçün qəbulediləndir. Biz AB-yə yaxın olmaq üçün maksimum bacardığımızı edəcəyik”.

Öncəki xəbərGürcüstanda yaşayan azərbaycanlılar asanlıqla öz soyadlarına qayıda biləcəklər
Sonrakı xəbərŞarl Mişel Rusiyanı və Putini dezinformasiya yaymamağa çağırıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın