“Rəngli səhifələr” proqramına qonaq olan “Türkiyə gözəli – 2015”in birincisi Ecem Çırpan sosial mediada “dişləri pisdir” deyə çoxlu sayda tənqidlərə məruz qaldıqdan sonra dişlərini dəyişdirdiyini söyləyib.

YALAN.info xəbər verir ki, 19 yaşlı gözəl bunları verilişdə etiraf edib:

“Canlı yayıma çimərlik geyimində çıxdım, bikini ilə görünmək kimi qorxum yoxdur. Ən böyük qorxum qaranlıqdır. Yatarkən işığı söndürmürəm”.

Ecem Çırpan daha sonra müsabiqə ərəfəsində yaşadıqlarından danışıb:

Türkiyə Gözəli 2015-in (Miss Turkey 2015) qalibi olan zaman Instagramda məni tənqid edirdilər. “Podiumda düzgün addımlamırdın”, “dişlərin pisdir” kimi şərhlər yazırdılar. Sonra stomatoloqa getdim. Eyni zamanda yerişimi də dəyişdirdim.

Hayatımda ilk dəfə dikdaban ayaqqabı geyinmişdim. Bunu nəzərə almaq lazım idi.


Ecem Çırpan Miss Turkey 2015 Birincisi – Tac Geymə

Həmin müsabiqənin səhəri günü universitetə qəbul imtahanım var idi. Mən yarışmaya qatıldığım üçün imtahana girə bilmədim. Qəbul imtahanına bu il sənəd verdim. İlk mərhələni keçdim. İkinciyə hazırlaşıram. Bilgi Universitetinin ingilis dili müəllimliyi ixtisası üzrə təsil almaq istəyirəm”.

İndi Ecem Çırpan Miss Word 2016 gözəllik yarışmasında Türkiyəni təmsil edəcək.

Maraqlıdır ki, 2007-ci ildən indiyə kimi professional olaraq voleybolla məşğul olan Türkiyəli gözəlçə milli komandaya qədər yüksəlmişdi. Miss Turkey gözəllik yarışmasından sonra voleybolu buraxmaq zorunda qalan gözəl maneken həyatının mərkəzində yer alan idmandan heç ayrılmayacağını bildirir.

185 sm boyu və 60 kq çəkisi olan Ecem Çırpan özündə ən çox gözlərini bəyəndiyini söyləyib. Bəyənmədiyi parçaları olaraq göbəyini və dişlərini göstərmişdi.

Miss Turkey 2015 Ecem Çırpan - Türkiye Güzeli 2015
Miss Turkey 2015 Ecem Çırpan - Türkiye Güzeli 2015 Miss Turkey 2015 Ecem Çırpan - Türkiye Güzeli 2015 Miss Turkey 2015 Ecem Çırpan - Türkiye Güzeli 2015 Miss Turkey 2015 Ecem Çırpan - Türkiye Güzeli 2015
Ecem Çırpan – Türkiye Güzeli 2015 (Miss Turkey 2015)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın