Barbados hökuməti simvolik bir addım olaraq Kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdırmağı planlaşdırır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, yerli siyasətçildər bunu ölkəni Böyük Britaniya ilə birləşdirən “göbək bağını kəsmək” kimi dəyərləndiriblər.

II Elizabetin vəzifəsindən rəsmi şəkildə uzaqlaşdırılması noyabrın 30-a gözlənilir. Eyni zamanda Barbados general-qubernatoru Sandra Meyson ölkə prezidenti rütbəsi ilə rəsmi dövlət başçısı olacaq.

Barbados – Şərqi Karib dənizindəki Kiçik Antil adalarında yerləşən prezident respublikasıdır. Ölkə 1966-cı ildə Böyük Britaniyadan müstəqillik qazansa da, hələ də Britaniya Millətlər Birliyinin bir hissəsi olmağa davam edir.

Otuz ildən sonra Kraliça II Elizabet ilk dəfə krallıqlarından birini itirir. Birlik səltənətindən çıxan sonuncu dövlət 1992-ci ildə Mavrikiy idi. Lakin Yamayka, Baham adaları, Sent Vinsent və Qrenadinlər monarxiyadan əl çəkməyi düşünürlər.

“Müstəmləkə keçmişimizi tamamilə geridə qoymağın vaxtı gəldi”, -General Meyson keçən il keçid dövrünü elan edildikdə demişdi: “Barbadiyalılar Barbados dövlət başçısı istəyirlər”.

Bulbulianın dediyinə görə, Birlikdən çıxmaq 287 000 nəfərin yaşadığı adada iqtisadi duruma təsir etməyəcək, ancaq bu, önəmli psixoloji təkan olacaq. O, bir sıra dövlət qurumlarının, məsələn, Kral Barbados Polis Qüvvələrinin adlarının dəyişdirilməsi lazım olsa da, keçid xərclərinin minimal olacağını əlavə edib.

KİMJim Wyss
MƏNBƏBloomberg
Öncəki xəbərMütəxəssislər barmaq izi skanından asan yolla yan keçməyi sərgiləyiblər
Sonrakı xəbərYüksək sürətdə asteroidlə toqquşacaq DART aparatı kosmosa uğurla göndərildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın