Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Kraken Security Labs şirkəti müasir cihazların demək olar hamısında istifadə olunan barmaq izi skanı texnologiyalarının zəif nöqtələri ilə bağlı hesabat yayımlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, mütəxəssislərin sözlərinə görə, barmaq izi skanı texnologiyası adi şifrələrə rahat alternativ olsa da o, güvənlilik məsələsində uduzur.

Kraken Security Labs şirkətinin mütəxəssisləri bildiriblər ki, barmaq izi skanı sistemlərinin başlıca mənfi özəllikləri ondan ibarətdir ki, barmaq izini rahatlıqla əldə etmək olar. Belə ki, istifadəçinin toxunduğu demək olar istənilən yerdən onun barmaq izini əldə etmək olur.

Bura əsasən də cihazın ekranı daxildir. Misal olaraq mütəxəssislər noutbuk ekranında barmaq izinin fotosunu çəkməklə onu necə əldə etməyin yolunu göstəriblər. Daha ətraflı videodan öyrənə bilərsiniz.

Kraken Security Labs Bypasses Biometric Security With $5 In Materials

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın