Voleybolçu qadınlar arasında Çempionlar Liqasının 2016-2017 mövsümünün püşkatma mərasimi keçirilib. Püşk nəticəsində Azərbaycan çempionu Azərreyllə vitse-çempion Telekomun qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

“A” Qrupu: “Ximik” (Polşa), “İmoko Konelyano” (İtaliya), “Telekom” (Azərbaycan), təsnifat mərhələsində 3 cütünün qalibi

“B” Qrupu: “Dinamo” (Moskva, Rusiya), “Volero” (İsveçrə), “Alba” (Rumıniya), təsnifat mərhələsində 4 cütünün qalibi

“C” Qrupu: “Azərreyl” (Azərbaycan), “Sent-Rafael Var” (Fransa), “Fənərbağça” (Türkiyə), təsnifat mərhələsində 2 cütünün qalibi

“D” Qrupu: “Vakıfbank” (Türkiyə), “Drezdner” (Almaniya), “Uraloçka” (Rusiya), təsnifat mərhələsində 1 cütünün qalibi

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə klub çempionatı olan Çempionlar Liqasının qrup mərhələsində oyunlara oktyabrın 18-də start veriləcək. Qalib isə gələn il aprelin 23-də müəyyənləşəcək.

Öncəki xəbərFənərbaxçanın futbolçusu Mehmet Topal Qalatasaraya qayıdırmı?!
Sonrakı xəbərKriştiano Ronaldonun kolumbiyalı model Paula Suareslə bir gecəsi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın