Baku TV-də yayımlanan “Gülnar Muradovanın araşdırması”nın budəfəki buraxılışı gənc yaşda xərçəngdən vəfat edən şahmatçı Vüqar Həşimova həsr olunub.

Yaşadığı qısa ömründə 70-dən çox titul qazanan Vüqar Həşimov həyatını şahmatsız təsəvvür etmirdi. O, qalib gəldikdə belə qarşı tərəfin məğlubiyyətinə hörmət edir, onun yerinə üzülə, kədərlənə bilirdi.

2011-ci ildə elə oyun zamanı Vüqarın səhhəti pisləşir. Həmkarları ona yardım göstərir və Vüqar bütün bunlara baxmayaraq, turniri davam etdirir, üstəlik, iki qələbə qazanır. Bir müddət sonra sağlamlığındakı problemlərlə bağlı yarışlarda aşağı nəticələr göstərir.

Həmkarları deyir ki, biz əmin idik ki, o, şahmat tacını Azərbaycana gətirəcək. Ancaq ömrü buna imkan vermədi. 

Bütün Azərbaycanın fəxri olan Vüqar deyirdi: “Mən Allahla görüşəndə ondan soruşacağam ki, niyə mənə belə gözəl həyat verib. Daha geniş Baku TV-nin süjetində:

Vüqar Həşimov : Allahla görüşəndə soruşacağam ki… – ARAŞDIRMA | BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın