İspaniya Superkubokunun final oyununda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəliblər.

YALAN.info bildirir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma Madrid klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real”ın üç qolunu braziliyalı Vinisius Junior vurub. O, oyunun 40-cı dəqiqəsinə qədər artıq het-trik edib. Beləliklə, Vinisius XXI əsrdə “El Klasiko”da ən sürətli het-trikə imza atıb. Bu, həmçinin İspaniya Superkubokunun final oyununda ən sürətli het-trikdir.

“Barselona” bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 33-cü dəqiqədə Levandovski fərqlənib. Qarşılaşmanın 64-cü dəqiqəsində isə Rodriqo “Real”ın 4-cü qolunu vurub – 4:1.

Beləliklə, “Kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub. “Barselona” isə 14 dəfə Superkuboku qazanıb. Onu da yada salaq ki, “Barselona” ötən il yanvarın 16-da “Real”ı 3:1 hesabı ilə yenərək İspaniya Superkubokunun qalibi olmuşdu.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın