Qılıncoynatmanın sablya növü üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası Dünya Kubokunda ikinci olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən qurulmuş kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun finalında Fransa millisinə 39:45 hesabı ilə uduzub.

Yığmamız finala gedən yolda ABŞ (45:39), Macarıstan (45:39) və Bolqarıstanı (45:32) yığmaları üzərində qələbə qazanıb.

Qılıncoynatma üzrə Azərbaycan Milli Komandası

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın