Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib.

Dövlət başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib və Gəncə Memorial Kompleksinin təməlini qoyub.

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.

Prezident İlham Əliyev Gəncə şəhərində səfərdə olub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın