11 may tarixində Moskva Kitab Evində L.A.Filatov adına 4-cü Ümumrusiya Gənc Şeir Festivalının növbəti turu olan “Filatov-fest-2018” keçirilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, festivala azərbaycanlı şair İrana Qasımova da qoşulub.

İrana Qasımova təkcə şair deyil, həm də yazıçı, tərcüməçi, ssenarist və ictimai mövzularda bir neçə qısametrajlı filmin rejissorudur.

2013-cü ildə “Qadın şair” adlı şeirlər toplusu yayımlanıb. 2017-ci ildə İrana “Art Tower” qalereyasında “Başlanğıcda söz olub” adlı ikinci şeir toplusunu təqdim edib. Şair uğurla Bakıda, eləcə də, xaricdə öz şeir axşamlarını keçirir.

“Filatov-Fest 2018” festivalının seçmə mərhələlərinin münsiflər heyəti: Moskva Kitabxanasının nümayəndəsi Sergey Kanaev, aktyorlar Anatoli Belıy, Alena Babenko, Mixail Polizeymako, Mixail Dovjenko və başqaları; şairlər Vlad Malenko, Maxim Zamsev, Aleksandr Vülik, Aleksey Tarakanov, Vsevolod Emelin, Aleksey Vitakov, Elena Isaeva, Vadim Stepantsov və b.

Hər ilk keçirilən şair və aktyor Leonid Filatov adına təşkil edilən “Filatov” festivalı 2014-cü ildə Taqanka Teatrından gələn şair, aktyor və rejissor Vlad Malenko tərəfindən təşkil edilib.

İrana Qasımova

İrana Qasımova
İrana Qasımova
İrana Qasımova
İrana Qasımova

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın