Rusiyanın paytaxtı Moskvadakı “Vegas City Hall” arenasında “Mauqli” rəqəbli azərbaycanlı idmançı Zabit Səmədovun iştirak etdiyi “ЖАРА Fight Show” (Jara Fight Show) adlı kikboksinq turniri başa çatıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, gecənin əsas döyüşü azərbaycanlı Zabit Səmədov ilə “Crazy Horse” ləqəbli fransız boksçu Fredi Kemayo (Freddy Kemayo) arasında baş tutub.

KOK EUROPE TITLE Fight / Zabit Samedov VS Freddy Kymajo

Beş raundun hər biri idmançımızın üstünlüyü ilə keçib. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib: 50–46. Bununla da o, ağır çəkidə King of Kings – KOK  (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Zabit Səmədov (Zabit Samedov)
Zabit Səmədov (Zabit Samedov)

Bu, Zabit Səmədovun karyerası boyunca qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın “Əhməd” klubu adından “Mercedes” avtomobili bağışlanıb.

https://www.youtube.com/watch?v=6ttdnWVmPyQ&feature=youtu.be

Забит Самедов одержал свою 99 победу и получил «Мерседес»

Qeyd edək ki, bu görüşü keçirildiyi “Vegas City Hall” zalında izləyənlər arasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov da olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın