Azərbaycanlı aparıcı və aktrisa Turanə Hüseynli “Netflix” platformasında yayımlanacaq filmdə rol alıb.

YALAN.info bildirir ki, aktrisanın çəkildiyi ekran işi Hindistan Kinematoqrafçıları tərəfindən lentə alınıb.

“KakP” adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni “Disney+Hotstar” şirkəti ərsəyə gətirib. Filmin, eyni zamanda Hindistanın “Netflix” platformasında yayımlanması planlaşdırılır.

Bildirək ki, Turanə Hüseynli indiyədək “Xosrov və Şirin”, “İfşa” seriallarında, “Həmrəylik” filmində rol alıb. O, həmçinin ATV-də yayımlanan “Oralar”, İctimai Televiziyada “Sabahın xeyir, Azərbaycan!” və “Haradasan bu vaxtacan?” verilişlərinin aparıcısı olub.

Öncəki xəbərUkrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının baş katibi ilə görüşüb
Sonrakı xəbərY.Prokopenko: Bilmirəm “Azov”da xidmət edən azərbaycanlılardan kim sağ qalıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın