Azərbaycanlı aparıcı və aktrisa Turanə Hüseynli “Netflix” platformasında yayımlanacaq filmdə rol alıb.

YALAN.info bildirir ki, aktrisanın çəkildiyi ekran işi Hindistan Kinematoqrafçıları tərəfindən lentə alınıb.

“KakP” adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni “Disney+Hotstar” şirkəti ərsəyə gətirib. Filmin, eyni zamanda Hindistanın “Netflix” platformasında yayımlanması planlaşdırılır.

Bildirək ki, Turanə Hüseynli indiyədək “Xosrov və Şirin”, “İfşa” seriallarında, “Həmrəylik” filmində rol alıb. O, həmçinin ATV-də yayımlanan “Oralar”, İctimai Televiziyada “Sabahın xeyir, Azərbaycan!” və “Haradasan bu vaxtacan?” verilişlərinin aparıcısı olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın