Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının (FIFA World Cup Qatar-2022) Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İsveçrənin Sürix şəhərində keçirilən toplantıda qrupların tərkibi bilinib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.

A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan

B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo

C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva

D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan

E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya

F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova

G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq

H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta

I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino

J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn

Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart-noyabr aylarında keçiriləcək.

Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off oyunlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.

Bir oyunluq sistemlə keçiriləcəlk 12 komandalı pley-off qarşılaşmalarının ardından dünya çempionatına çıxacaq digər 3 ölkə də bilinəcək.

RELIVE: Preliminary Draw – UEFA | FIFA World Cup Qatar 2022
Öncəki xəbərAqil Abbas: Atama tapança vermişdim ki, əsir düşsən, özünü vurarsan
Sonrakı xəbərArmenian Reрort: Satqın Rusiya Köçəryandan da imtina etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın