Azərbaycan Kinematoqrafçılar Birliyi (AKB) Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxış edənlərə xəbərdarlıq edib.

YALAN.info bildiir ki, AKB həmin şəxslərə qarşı məhkəmə iddiası qaldıracaq.

“Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar Birliyinin və birliyin uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlinir:

“Bir tərəfdən aydındır və başa düşüləndir ki, Azərbaycan Kinematoqrafçılar Birliyinin konfransında legitim olaraq, Xalq artisti Rasim Balayevin sədr seçilməsi illərdir ki, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanıb. Başqa tərəfdən isə bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızn inkişafına heç bir xeyir gətirməyəcək.

Gələn il yaradılmasının 60 illiyini qeyd edəcək Azərbaycan Kinematoqrafçılar Birliyi, birliyin üzvü olub-olmamasından asılı olmayaraq bütün həmkarlarımıza hörmətlə yanaşır. Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirməkdir və həmkarlarımıza üz tutaraq bu istiqamətdə həmrəyliyə, yoldaşlığa dəvət edirik.

Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar Birliyinin, və birliyin uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində birliyin konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxışlar olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq”, – deyə AKB-nin katibliyi xəbərdarlıq edib.

MƏNBƏAzərbaycan Kinematoqrafçılar Birliyi
Öncəki xəbərDünyada dollar milyonçularının sayı artıb
Sonrakı xəbərAzərbaycan Ordusunun tank bölmələrində hazırlıq davam edir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın