Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib. Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları uğurla yerinə yetirilib.

Tank bölmələrinin hazırlığı davam edir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın