Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb.

YALAN.info bildirir ki, Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub. Medallardan 29-sı qızıl, 36-u gümüş, 34-si bürünc əyarlıdır.

İlk 3 mövqedə medal əyarında uyğun olaraq, Türkiyə 341 (145 qızıl, 107 gümüş, 89 bürünc), Özbəkistan 158 (51 qızıl, 42 gümüş, 65 bürünc) və İran 133 (39 qızıl, 44 gümüş, 50 bürünc) medalla qərarlaşıb. Konya 2021 – İslam Həmrəyliyi Oyunlarında iştirak edən toplam 56 ölkədən 44-ü medal qazana bilib.

Onu da bildirək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

MƏNBƏKonya 2021
Öncəki xəbərZelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı: İşğalçılar Ukraynadan çıxarılmalıdır
Sonrakı xəbərFinlandiyanın Baş naziri internetə sızdırılan videosu barədə: Narkotik çəkməmişdim
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın