“Emanuel Makron Rusiyadan qorxur, vəssalam”.

YALAN.info bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbi yardımdan imtina etdiyindən danışarkən deyib.

Ukrayna lideri müsahibəsində Böyük Britaniyanın Baş naziri Boris Consonun daha fəal olduğunu bildirib: “Onlar silah göndəriblər. Çünki britaniyalılar Ukraynanın bütövlükdə dəstəkləyirlər. Düzünü deyəcəyəm. Conson daha çox yardm edən liderdir. Britaniya bizim tərəfdədir. O, tarazlıq yaratmağa çalışmır. Britaniya yaranmış duruma alternativ çıxış yolu görmür. Britaniya Ukraynanın udmasını, Rusiyanın isə uduzmasını istəyir. Ancaq müharibənin uzanıb-uzanmamasını Britaniyanın istəyib-istəmədiyini deyə bilmərəm”.

Onun sözlərinə görə, Almaniya gözləmədədir və Ukrayna ilə Rusiyaya münasibətdə tarazlıq yaratmaq istəyir: “Onların Rusiya ilə münasibətləri çoxdan davam edir. Almaniya duruma iqtisadi prizmadan yanaşır. Onlar davamlı olaraq yardım edirlər. Düşünürəm ki, hadisələrin inkişafına əsasən duruma uyğunlaşmağa çalışırlar. Almaniya durumun ölkələrinə necə təsir etdiyinə də baxırlar”.

“Qələbəyə inanırıq. Başqa nəyəsə inanmaq mümkün deyil. Mütləq qalib gələcəyik, axı bu bizim evimiz, torpağımız, müstəqilliyimizdir. Bu, sadəcə vaxt məsələsidir”, – ölkə başçısı deyib.

Bununla yanaşı Ukraynanın dövlət başçısı Rusiya qüvvələrinin nəhəng olduğunu etiraf edib: “Rusiyanın minlərlə hərbi maşını var. Onlar durmadan gəlirlər. Bir sıra şəhərlərdə o qədər çox tank var ki, onlar oradan çıxa bilmirlər. Onların tank tıxacı var”.

O müharibənin ilk günlərində Kiyevi tərk etməməsini də şərh edib: “Məsələ cəsarətli olmaq deyil, düzgün saydığım şəkildə davranmalıyam. Bir şeyi bu, ya da başqa şəkildə necə edəcəyinizi bilmirsinizsə, dürüst olun, vəssalam. İnsanların sizə inanması üçün dürüst olmalısınız. Başqa şeylə özünüzü yormayın. Özün olmaq lazımdır… Və özünü olduğundan daha yaxşı göstərməmək önəmlidir”.

Dövlət başçısının sözlərinə görə, Rusiya hərbçiləri  bəzi şəhər rəhbərlərini oğurlayıblar. “Onlar bizim şəhərlərin merlərini oğurlayırlar… Bəzilərini tapa bilmirik. Ancaq bir neçə nəfər ölmüş halda tapılıb”, – deyə prezident bildirib. Zelenskinin sözlərinə görə, Rusiya ordusu işğal olunmuş ərazilərdə 2014-cü ildə Donbasda istifadə edilən üsullardan istifadə edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın