Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatının qalibi olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Sahak Hovannisyanla üz-üzə gəlib.

Rəqibinə heç bir şans verməyən Cəfərov 7:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub.

Dünya çempionu olan Həsrət Cəfərovun mükafatlandırılma mərasimi

60 kq çəki dərəcəsindəki Nihat Məmmədli bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 hesabı ilə məğlub edib və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Öncəki xəbərÇexiya prezidenti Miloş Zeman Əfqanıstandakı olaylara görə Tramp və Baydeni günahlandırdı
Sonrakı xəbərABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın